DAĞLIQ QARABAĞA 112 KÜRD AİLƏSİ KÖÇÜRÜLÜB

7/29/2007


Suriya, İraq, Livan, Rusiya və başqa ölkələrdən Dağlıq Qarabağa və işğal edilmiş Azərbaycan ərazilərinə 120 erməni ailəsi ilə yanaşı 112 kürd ailəsi də köçürülüb.



DAĞLIQ QARABAĞA 112 KÜRD AİLƏSİ KÖÇÜRÜLÜB

        “Erməni ailələrinin Dağlıq Qarabağa köçürülməsi üçün 2010-cu ilədək təxminən 350 milyon dollar gərəkdir. Bu pula Dağlıq Qarabağa və ermənilərin nəzarətində olan Azərbaycan rayonlarına 100 min nəfər köçürmək olar”. Bu barədə Ermənistan Ərazi İdarəetmə Nazirliyinin miqrasiya agentliyinin rəisi Qagik Yeganyan məlumat verib. Yeganyanın dediyinə görə, “nəzarətdə olan ərazilər münbit torpaqlar, həlim təbiət, çoxlu yeraltı və yerüstü sərvətlər, habelə zəngin flora və faunaya malikdir”.
“Getaşen və Şaumyandan olan erməni qaçqın ailələri özləri Qarabağa qayıtmaq istəyirlər. Onlar Ermənistandakı şəraitə heç cür alışa bilmirlər. Lakin bəzi ailələrin köçürülməsiylə iş bitmir. Dağlıq Qarabağda ermənilərin məskunlaşdırılmasıyla bağlı dövlət proqramı hazırlanmalı, bu prosesə xarici təşkilatlar, özəl qurumlar və iş adamları da cəlb edilməlidir” deyə Q.Yeganyan bildirib. O, Dağlıq Qarabağda erməni ailələrinin məskunlaşması prosesi ilə Ermənistanın hakimiyyət dairələrinin heç bir əlaqəsinin olmadığını da deyib.
İrəvandakı Müstəqil Miqrasiya Problemləri Mərkəzinin rəhbəri Manvel Artavazdyan isə bildirib ki, son 5 ildə Ermənistandan Dağlıq Qarabağa 470 ailə köçürülüb. Bundan başqa, Suriya, İraq, Livan, Rusiya və başqa ölkələrdən Dağlıq Qarabağa və işğal edilmiş Azərbaycan ərazilərinə 120 erməni ailəsi ilə yanaşı 112 kürd ailəsi də köçürülüb.
SƏBUHİ
Musavat

.



Kaynak : Musavat




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007