Iranlı din xadimi beş min tümənlik əskinasların irqçi siyasəti əks etdirdiyini

8/5/2007


Bir neçə ay bundan öncə İran hökumətinin dövriyəyə buraxdığı 5 min tümənlik əskinaslarla bağlı mübahisələr səngimək bilmir. İran rejiminin nüvə ambisiyalarını tərənnüm etdirən pullar həm də teoloji mübahisəyə səbəb olub.



Höccətülislam Əbdüləzim Əzimiqədim yeni pulların üzərindəki hədisin Məhəmməd peyğəmbərə aid olduğuna şübhə edir - yükləmək üçünaudio clip
 - Höccətülislam Əbdüləzim Əzimiqədim yeni pulların üzərindəki hədisin Məhəmməd peyğəmbərə aid olduğuna şübhə edir audio clip

Yeni pullar teoloji mübahisəyə səbəb olub
Bir neçə ay bundan öncə İran hökumətinin dövriyəyə buraxdığı 5 min tümənlik əskinaslarla bağlı mübahisələr səngimək bilmir. İran rejiminin nüvə ambisiyalarını tərənnüm etdirən pullar həm də teoloji mübahisəyə səbəb olub.

 İran Azərbaycanının bir çox şəhərlərində fəallardan alınan məlumatlara görə, yeni beş min tümənlik əskinasların bazarda dövriyyəsini təmin etmək mümkün olmayıb.

Azərbaycanlı tacirlər yeni əskinasların üzərində yazılmış, Məhəmməd peyğəmbərə aid edilən hədisdən narazılıqlarını bu pul vahidini qəbul etməməklə ifadə edirlər.

 

Əskinasların üzərində yazılmış “Elm Sürəyya ulduzunda olsa da fars kişilərinin əli ona çatacaq” sözləri azərbaycanlı əhalinin heysiyyətinə toxunub. Xatırladaq ki, əskinaslar dövriyyəyə buraxılanda bir sıra Türkiyəli və Azərbaycanlı teoloqlar Məhəmməd peyğəmbərin belə bir hədisə imza atmadığını demişdilər. İranlı din xadimləri isə məsələ ilə bağlı indiyə kimi susqunluq nümayiş etdirirdi.

İranın Qum şəhərində yaşayan höccətülislam Əbdüləzim Əzimiqədim də

Əbdüləzim Əzimiqədim
Əbdüləzim Əzimiqədim
hədisin doğruluğuna şübhə ilə yanaşır.

Amerikanın səsinə müsahibəsində höccətülislam əskinasın üzərində əks olunan kəlamın İranın elmi potensialı barədə yanlış təsəvvür yaratdığını deyir.

Əbdüləzim Əzimiqədimin sözlərinə görə, əskinasın üzərində verilən kəlam İran rejiminin irqçi siyasətinin sübutudur.

 Azərbaycan siyasi məhbuisları müdafiə komitəsi Təbriz, Sulduz və Nəqədeh kimi şəhərlərdə pulu qəbul etməkdən imtinaya görə adamların ettelaat


.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007