GÜNEYLİ MÜHACİR TÜRKİYƏYƏ QAÇIRILDI

8/6/2007


GÜNEYLİ MÜHACİR TÜRKİYƏYƏ QAÇIRILDI Azərbaycan hakimiyyətinin İrana deportasiya etdiyi Hadi Musəvidən xəbər gəldi



GÜNEYLİ MÜHACİR TÜRKİYƏYƏ QAÇIRILDI
Azərbaycan hakimiyyətinin İrana deportasiya etdiyi Hadi Musəvidən xəbər gəldi


Bu ilin aprelində Azərbaycandan deportasiya olunan milli hərəkatçı Hadi Musəvi Türkiyəyə qaçırılıb. Dünən bu barədə əməkdaşımıza güneydəki məlumatlı mənbələrdən informasiya daxil olub. Adının çəkilməsini istəməyən hərəkat fəallarından birinin sözlərinə görə, Azərbaycan hakimiyyətinin həbs edilmiş H.Musəvini deportasiya edəcəyi barədə məlumat güneydə ciddi rezonans doğurub. Hərəkatçının Tehran rejimi tərəfindən edam cəzasına məhkum edilə biləcəyindən ehtiyatlanan hərəkatçılar toplaşaraq məxfi plan hazırlayıblar.
Belə ki, Tehran aeroportundakı bəzi azərbaycanlıların köməyi ilə H.Musəvi təyyarədən enən kimi naməlum istiqamətə aparılıb. Bu da onun ETTELAAT tərəfindən saxlanılmasını namümkün edib. Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan hakimiyyət dairələri H.Musəvini İranın hüquq-mühafizə orqanlarına birbaşa təhvil verməməklə azərbaycanlı hərəkatçının həyatını xilas etmiş olublar. Adi reyslə sərnişin kimi yola salınan Musəvi iki ay gizli yaşadıqdan sonra İran ərazisini tərk etməyə vadar olub.
ETTELAAT-ın onunla bağlı axtarışları intensivləşdirdiyini görən hərəkatçılar onu gizli yolla Türkiyəyə qaçırıblar. Hazırda qardaş ölkədə təhlükəsiz yerdə saxlanılan hərəkatçının xarici ölkələrdən birindən sığınacaq istəyəcəyi də mümkün variantlardandır. Ancaq H.Musəvinin GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı kimi ölkədən deportasiya oluna biləcəyi ilə bağlı narahatçılıq da var. Xatırladaq ki, H.Musəvinin taleyinə aydınlıq gətirilməsilə bağlı BMT-nin Qaçqınlar Komitəsindən İran hakimiyyətinə bir neçə dəfə sorğular göndərilmişdi. Ola bilsin təzyiqlərdən sığortalanmaq üçün Tehran rejimi H.Musəvinin ölkədən çıxmasının qarşısını almağa da bir o qədər maraqlı olmayıb.
H.Musəvinin Türkiyədə olması ilə bağlı məlumata GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlıdan münasibət öyrənmək istədik. Lakin o bildirdi ki, bu barədə hər hansı məlumata malik deyil. A.Qaradağlı güneydəki mənbələrlə əlaqə saxladıqdan sonra məsələ ilə bağlı hansısa açıqlama verə biləcəyini söylədi.
Cavid TURAN

.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007