Şərəfli Azərbaycan Türk Milləti!

12/31/2009


Güney Azərbaycan Milli Oyanış Hərəkatının 31 Dekabr Dünya Azərbaycanlılar Həmrəylik Günü İlə Bağlı Bildirisi



Şərəfli Azərbaycan Türk Milləti!

1989-cu ilin Dekabrının 31-ində yurdumuz Azərbaycanın quzeyində başlayan Milli Azadlıq Hərəkəti səmbolik bir eyləm yapdı. Azərbaycan Xalq Cephəsinin Naxcivandaki sorumluları və yanlıları kütləvi olaraq Araz qırağına yürüdülər.
Zülm ilə zor ilə vətəni parçalayan tikanli çəpərləri aradan götürdülər. Vətənin Güneyindən və Quzeyindən araz qırağına axışan millətimiz o gün vahid bir millət olduğumuzu bütün dünyaya çatdırdı. Millətimiz dəmir duvarlari öz əliylə yıxdı.

Bütöv Azərbaycan yolunun yol bəyi Əbulfəzl Elçibəy tərəfindən 31 Dekabr "Dünya Azərbaycanlılar Həmrəylik Günü" adlandırıldı. Bu gün bayramlarımız sırasına yazıldı.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq bu bayarmı bütün dünya Azərbaycanlılarına qutlayırıq, millətimizə bağımsızlıq, azadlıq, rifah, və torpaqlarımızın azadlığını arzulayırıq.

Yaşasın Bütöv Azərbaycan

Güney Azərbaycan Milli Oyanış Hərəkatı

http://arshiv.gamoh.info/img/emblem2.jpg




.



Kaynak : GAMOH




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007