İRANIN FRANSADAKI SƏFİRİNİN HƏRƏKƏTLƏRİ POLİSLƏ QARŞIDURMAYA GƏTİRİB

2/1/2010


İslam inqilabının 31-ci ildönümü münasibəti ilə yanvarın 31-də İranın Fransadakı səfirliyinin düzənlədiyi şənlik mərasimi zamanı səfir Mehdi Əbutalibi ilə Fransa polisi arasında qarşıdurma yaranıb.



İslam inqilabının 31-ci ildönümü münasibəti ilə yanvarın 31-də İranın Fransadakı səfirliyinin düzənlədiyi şənlik mərasimi zamanı səfir Mehdi Əbutalibi ilə Fransa polisi arasında qarşıdurma yaranıb.

Mətbuatda yayılan məlumatına görə, qarşıdurma İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin ölkəyə qayıtmazdan əvvəl bir müddət yaşadığı mənzilin qarşısında baş verib. Paris yaxınlığındakı Nofl Loşato kəndində mənzilin qabağında toplaşıb İran hakimiyyətinə qarşı şüar səsləndirən dinc aksiyaçılara hücum edən səfir və səfirliyin bir neçə əməkdaşı qarşıdurmaya səbəb olublar

Fransa polisi olaya müdaxilə edərək səfirlik işçilərindən birinin oğlunu yerə yıxaraq qollarına qandal vurub. İran səfiri hiddətlənərək polis əməkdaşının sinəsinə yumruq zərbəsi endirib. Polislər səfiri zorla mənzilin həyətinə salıblar


.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007