GAMOH-un təşkilatçılığı ilə Dünya Ana Dili Günü münasibətilə Dəyirmi Masa keçirib

2/23/2010


Tədbir İştirakçıları Rəsmi Tehranı Assimlyasiya Siyasəti Yürütməkdə Suçladılart



Tədbir İştirakçıları Rəsmi Tehranı Assimlyasiya Siyasəti Yürütməkdə Suçladılart


BAKI/22.02.10/TURAN: Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı Bürosu 21 Fevral Dünya Ana Dili günü münasibətilə bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) ofisində “Güney Azərbaycan Türklərinin dil problemi” adlı dəyirmi masa keçirib.


Tədbirdə İranda 35 milyondan artıq Güney Azərbaycan Türkünün artıq 80 ildən çoxdur ki, ana dilində təhsil ala bilməməsi, rəsmi Tehran tərəfindən milli, mədəni təzyiqə məruz qaldıqlarını bildirilib.


Tədbirdə həmçinin iran konstitusiyasının milli dillərin tətbiqilə bağlı 15-ci və milli mədəniyyətlərin zənginləşdirilməsilə bağlı 19-cu maddələrin tətbiq olunmadığı vurğulanıb. “Bu rəsmi Tehranın assimlyasiya siyasətidir, milli, mədəni dəyərləri sıradan çıxarmaqla Güney Azərbaycan Türklərinin varlığını məhv etmək istəyirlər” deyə GAMOH Bakı Bürosunun rəhbəri Ağrı Qaradağlı irandakı proseslərə toxunub.


A. Qaradağlı iran konstitusiyasının 15-ci və 19-cu maddələrinin tətbiqinin tələb edən Güney Azərbaycan ziyalılarının təqibə və həbslərə məruz qaldıqlarını söyləyib.


Dilin sıradan çıxarılması millətin sıradan çıxarılmasıdır ki, Güney Azərbaycan Türklərinə münasibətdə iran bunu dövlət siyasətinə çevirib”-deyə AMİP Mətbuat və Təbliğat Katibi Əli Oruc qeyd edib. Bu siyasəti milli soyqırım adlandıran Ə.Oruc bu siyasətə qarşı bütün ciddiyyətlə qarşılıq verməyin vacibliyini vurğulayıb.


 Güney Azərbaycandan olan Mühəmməd Dehqanlı daha çox dilin təmizliyində dayanaraq Azərbaycan dilindən ərəb tərkibli sözlərin çıxarılmasını önə çəkib.


Güney Azərbaycanın milli fəallarindan olan Əli Süleymani rəsmi Tehranin Türk dilinə basqılarının bütöv Azərbaycan fəlsəfəsilə bağlı olduğunu və buna görə də “Türk” sözünü işlətməkdən belə qorxduğunu nəzərə çatdırıb.


Natiq həmçinin praktiki daşıyıcıları olmayan urdu və s. Kimi dillərin iran ali məktəblərində tədris edildiyini, 35 milyondan yuxarı insanın danışdığı türk dilin tədris edilmədiyinə diqqət çəkdi.


     



 



 

















.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007