Əhməd Davudoğlu: “Bütün ermənilərə səslənirəm: gəlin, üz-üzə oturub danışaq, arxivləri açaq”

3/5/2010


“Harada olurlarsa olsunlar, bütün ermənilərə və Ermənistana səslənirəm: gəlin, üz-üzə oturub hər şeyi müzakirə edək.



 “Harada olurlarsa olsunlar, bütün ermənilərə və Ermənistana səslənirəm: gəlin, üz-üzə oturub hər şeyi müzakirə edək. Tarix yazmağı üçüncü ölkələrə həvalə etməyək. Amerikada qəbul edilən qərar bu yolun nə qədər yanlış olduğunu göstərdi. Bir səs “hə” deyil, “yox” ola bilərdi. Tarixə bu qədər qeyri-ciddi münasibət ola bilərmi?” APA-nın “Habertürk” və “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib. Ə. Davudoğlu ermənilərə çağırışında tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə Türkiyənin daha əvvəl irəli sürdüyü təklifi təkrarlayıb: “Parlamentlər vasitəsilə tarixi hökm vermək yerinə, gəlin üz-üzə danışaq, arxivlərimizi açaq. Bunun əvəzinə parlamentlər vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışmaq Türkiyəni tanımadığınızı göstərəcək. Türkiyə heç vaxt təzyiqlərə boyun əyməz”.

AS


.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007