"Qan təzyiqi ilə əlaqədar gözümdə, başımda ağrılar yaranır"

8/18/2007


Mahmudəli Çöhrəqanlı: "Elə bir ciddi şey yoxdur. Müalicə olunan xəstəlikdir"



Sağlıq durumunun pisləşməsi ilə əlaqədar avqustun 15-də Vaşinqtondakı xəstəxanalardan birinə yerləşdirilmiş Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının vəziyyəti yaxşılaşıb. Bunu "OLAYLAR"a GAMOH lideri özü deyib: "Şükür Allaha ki, indi yaxşıyam. Məndə qan təzyiqi problemi vardı. Avropada, Amerikada bir neçə dəfə müayinə olunmuşdum. Amma müalicə olunmaq üçün vaxt, imkan tapa bilmirdim. Hazırda müalicə olunuram. Elə bir ciddi şey yoxdur. Müalicə olunan xəstəlikdir. Yəqin ki, səhhətimdə yaranmış problem aradan qalxacaq". M.Çöhrəqanlı əməliyyata gərək olmayacağını, dərmanların köməyi ilə sağalacağını bildirib: "Qan təzyiqi ilə əlaqədar gözümdə, başımda ağrılar yaranır. Amma bu ötəri şeydir. İnşallah, bu ağrılar da keçər".

.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007