|
Avqustun 22-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının yeddinci ildönümüdür. Yaxınları, əqidədaşları bu gün müxtəlif anım tədbirləri keçirəcəklər. Elçibəy ailəsinin sözçüsü Aqil Səmədbəyli eks-prezidentin anım tədbirlərinin ötən illərdəkindən fərqlənməyəcəyini bildirib: “Hər il olduğu kimi bu dəfə də Fəxri Xiyabana gedib Əbülfəz bəyin məzarını ziyarət edəcəyik. Sadəcə, əvvəlki illərdə Bəyin evinin həyətində mağar qurulurdu, bu il mağar qurulmayacaq”. A.Səmədbəyli “Mediaforum”a açıqlamasında Almurad Əliyevin Milli Azadlıq Hərəkatı dönəmində Türkiyənin mərhum prezidenti Turqut Özalın Əbülfəz Elçibəyə 50 min dollar pul göndərdiyi barədə açıqlamasına da münasibət bildirib. Əvvəllər də bu haqda söz-söhbət yayıldığını xatırladan A.Səmədbəyli A.Əliyevin söylədiklərini ciddi fakt kimi qəbul etməyin əlyehinədir: “Mən Türkiyədə olanda 50 min dollar söhbətini ilk dəfə dilinə gətirmiş adamla görüşmək istədim. Lakin o hər dəfə bir bahənə gətirərək mənimlə təmasdan yayındı". A.Səmədbəyli ümumiyyətlə, son vaxtlar A.Əliyevin son vaxtlar Elçibəyin imicinə xələl gətirə biləcək açıqlamalar verdiyini də bildirib. | |
.
Kaynak :
|