Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bazar Etisabı ilə bağlı Təhlili bəyanatı

7/25/2010


millətimizin bazar kəsiminin aksiyasını dəstəkləyərək, bunu milli hərəkətin uğuru kimi dəyərləndirir və bu uğurun sahibləri olan şəhidlərimizi və dustaqda olan qəhrəmanlarımıza öz təşəkkürlərimizi bildiririk



Keçən yüz ildə Azərbaycan özəlliklə Təbriz bazarı ictimai- siyasi hərəkətlərdə hər zaman aktiv olaraq, o hərəkətin taleində önəmli rol oynamışdır. Məşrutə hərəkatından, Xiyabani hərəkatına qədər, milli hökümətdən, Şəriətmədari hərəkətinə qədər Azərbaycan bazarı öz aparıcı roluna dayanaraq din vəya şah istibdadı və habelə fars şövinizminə  ağır zərbələr endirmişdir. Elə məhz bu səbəbə görə İran islam rejimi rühaniyyət və bazarın sıx ilişkisindən qullanaraq, bazarın gücünü öz kontrolu altına almağa cəhd etmiş və onu hökümətin payalarının birisi halına gətirib çıxarmışdır. Bunlara baxmayaraq Keçən 20 ildə, Güney Azərbaycan milli hərəkatının yeni fazı hər zaman bazarın himayəsini öz arxasında hiss etmişdir. 1374-1995 seçki hərəkatında bazarın müxtəlif kəsimləri Dr. Çöhrəqanlıdan himayə etmiş, Xurdad- May qiyamları Təbriz bazarından (Rasta küçə ağzından) başlamış və ilk gündən indiyə qədər milli məhbuslarımızın ailələrinə yardımda bazarın danılmaz əməyi olmuşdur.

Güney Azərbaycan milli hərəkətində bu günə qədər bazarın dəstəkçi və tədarükatçı rolu olsa da, 2010 ilinin İyul ayının 8, (1389, Tir 17)-dən başlayan e`tisabla bazar milli hərəkətdə artıq öncüllük etməyi də təcrubə etməkdədir. İran hökümətinin vergi siyasətinə etiraz bəhanəsi ilə başlayan Azərbaycan bazarının etisabi, milli istəklərini ortaya qoyaraq, yalnız sinfi bir hərəkət olmadığını sübut etdi. Fars rejiminin Azərbaycana iqtisadi-siyasi ayri seçkiliyin durdurluması, Azərbaycan Türkcəsinin rəsmi dövlət dili olması, Azərbaycan siyasi məhbuslarının azadlığı və ... kimi istəklərin bazar tərəfindən səslənilməsi, bazarın milli istiqamətdə hərəkət etdiyini göstərməkdədir. Azərbaycan milli hərəkətinin bu günkü həsas dönəmdə bazarın tətili ətrafında bir neçə nöqtəni vurğulamaq lazımdır;

Təbriz bazarının tətil aksiyası Tehran aksiyasından sonra başladı. İran- Fars opozisyonu özəlliklə Yaşıl hərəkət və dəstəkçiləri bu olaydan qullanaraq, onu Azərbaycanın Yaşıl hərəkətə qarşı susqunluğunu sındardığının əlaməti kimi göstərməyə çalışdılar. Buna görə 3 aydan öncədən Azərbaycan milli-siyasi məhbuslarının xəbərini baykot etmələrinə rəğmən, bazar etisabını mənimsəməyə başladılar. ama Təbriz və  digər şəhərlərin Tətili, Tehran bazarının açılışından sonra da dəvam etməsi və habelə Tehran bazarı və İran hökümətinin anlaşmasına baxmayaraq, Azərbaycan bazarı milli  istəklər üstündə durub və aksiyayı bu günə qədər sürdürmələri, Bazar etisabının Güney Azərbaycan milli hərəkətinin bir parçası olduğunu açıqca təsdiq etdi. Azərbaycan milli hərəkəti isə dəfələrcə yaşıl hərəkətdən himayə etmək üçün öz şərtlərini ortaya qoymuşdur.

Təbriz bazarından sonra dərhal Azərbaycanın başqa şəhərləri və hətta Tehran bazarının böyük qismətinin tətil olması iki gərçəyi göstərməkdədir. Birinci bu ki Tehranda yaşayan Azərbaycan tacirləri zamanında Təbriz mərkəzli düşünürlər. Bu isə gələcəkdə Güney Azərbaycan tarixi-stratejik xəritə və  çıxarlarını qorumaqda önəmli rol daşıyacaqdır. İkinci bu ki bazar Güney Azərbaycan bütövlüyündə sünnəti şəbəkəsini qoruyub, saxlaya bilmişdir. Bu isə kəsinliklə Azərbaycan milli hərəkətinin kütlə içində şəbəkəsinin berkişməsinə yardımçı olacaqdır.

Tarix boyu bazar ruhaniyyəti savunmuş və onu maliyələşdirmədə, vaqtikən dirçəlişində qulluğunda olmuşdur. Günümüzün ilişkilərinə gəlincə, indilik bazar ən azı mollaların məşruiyyətinin dirəklərindən sayılır. Bazarın milli hərəkət istiqamətində tətil aksiyası bundan dolayı önəm daşıyır ki, həm hakimiyyətin bu payanın əldən verməsi anlamındadır, həm də hökümət imtiyazlarından uzaq qalmış mollaları milli hərəkətə sövq etdirməyə səbəb olacaqdır.

Azərbaycan bazarının istəklərində milli məhbuslarımızın azadlığı istəyi, dustaqda olan qəhrəmanların millət içində nə qədər əziz olduqlarını nümayiş etməkdədir. başqa sözlə, milli öncülləri gözdən salmağı hədəfləyən  İran İttilaat nazirliyinin bütün çabaları, bazarın bu istəyinin kölgəsi altında qaldı.

Azərbaycan milli hərəkəti, buracan vətən övladlarının aydınfikir kəsimini özünə qata bilmişdir. Bu nə qədər də gərəkən və dəyərli atdım olsa da, ama milli haqlarımızı əldə etmək üçün kifayət deyildir. Yetərli addım, Bazar (milli burjua), Ruhanilər (din xadimləri) və Ordu (silahlı qüvvələr) üçbucağının hərəkətə qatılmağı olacaqdır. Bazarın tətil aksiyası birinci bucağdakı qalanın milli hərəkət tərəfindən alınması anlamına gələ bilər.

 

Güney Azərbaycan Milli Oyanış hərəkatı (GAMOH) adına, millətimizin bazar kəsiminin aksiyasını dəstəkləyərək, bunu milli hərəkətin uğuru kimi dəyərləndirir və bu uğurun sahibləri olan şəhidlərimizi və dustaqda olan qəhrəmanlarımıza öz təşəkkürlərimizi bildiririk.

 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı- Mərkəzi Komitə

Təbriz- 2010-07-24


.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007