SƏSSİZ SOYQIRIMA SON QOYMALIYIQ

9/23/2007


Türk ulusunun İran adlanan ölkədə bir sıra milli siyasi örgütləri vərindən oxulların fars dilində açılışı dolayısıyla ortaq bildirişi.



 

SƏSSİZ SOYQIRIMA SON QOYMALIYIQ

Türk ulusunun İran adlanan ölkədə bir sıra milli siyasi örgütləri vərindən oxulların fars dilində açılışı dolayısıyla ortaq bildirişi.

            Keçmiş mənfur pəhləvi sulaləsi, indi isə islam cumhurluğu vərindən günahsız Türk balaları öyrəncilər oxullarda fars dilində eytim alaraq, ana dilində oxullarda yazıb oxumaq izni verilməyib, genişlənməsinə manelər törədilir. Bunların sonucunda Türk ulusu ağır milli xəsarətə məruz qalmıb, tarixi insani varlığı olan “Anadılının” zərrə zərrə məhv olub aradan getməsi ilə səssiz soyqırımına tanıq olmuşdur.

Fars şövenistlərinin bu davranışını akademisiyənlər; Dövlət teroro ilə günahsız insanların varlıq itgisi kimi dəyərləndirilmişdir.

            İran adlanan ölkədə Türk ulusu çağdaş, mədəni səviyədə; yasal, insani, ulusal, toplumsal, kültürəl, siyasal ,.. istəklərini uluslararası kamuoyu ilə örgütlərinin özəninə çatdırmaq yolunda dinç yönlərlə başlayıb dəvametməkdədir.

Bu qutsal ulusal insani çabalar, islam geyiminə bürünmüş, şövenist fars rejimi vərindən hər türlü yaman,alçaldmağa məruz qalaraq, ulusun haqlı təpkiləri tutsaqlar habelə işkəncələrlə yanıtlanır.  

            Biz Xorasan Türklərinin milli oyanış hərəkatı, Türkmən ulusunun kültürəl-siyasal ocağı, Güney Azərbaycan milli oyanış hərəkatı “GAMOH” örgütləri olaraq, İran islam cumhurluğuna öz etirazla təpkilərimizi bildirərək, İranda yaşayan Türk ulusunun istəklərini bir daha vurğulayıb, insan haqları qoruyan örgütlərlə bütün uluslararası kamuoyunun özəninə çatdırırık:

1.    İranda yaşayan uluslar öz gələcəklərini bəlirləmə haqqına iyə olmalıdır.

2.    Bu ölkədə 35 milyondan artıq Türk yaşadığına görə sayı açıdan azınlıq yox bəlkə çoxunluq sayıya sahib və iyədir, buna görə Türkcə ölkənin rəsmi dillərindən olaraq bütün sahələrdə, ilk oxuldan bilimyurduna`dək eytimlə yanaşı dövlətin gənəl organlarda, İdarələrdə ...  işlənməlidir.

3.    Türklərin yaşadıqları bölgələrdə yaranmış ekonomik ilə sosyal pozğunluğa son qoyulmalıdır.

4.    İranda yaşayan bütün millətlərin eşit huququ təzmin olunmaqla, qadınlar, uşaqlar haqları qorunmalı, hər türlü apartayda son qoyulmalıdır.

5.    Türklərin yaşadıqları milli tarixi bölgələrdə topraqlarının bütövlügü qorunmalı, siyasi amaclar daşıyan qondarma köçürmələr dayandırılmalıdır.

6.    Qondarma Gülüstan adı yerinə Türkmənistan ya daha uyğun Güney Türkmənistan adı rəsmən tanınmalıdır.

7.    24 saatlıq Radyo Telvezyon Türkcə verilişləri dövlət budcəsi ilə yaranmalıdır.

8.    Türk ulusunun ata baba mirasi olan, kültür, musiqisinin qorunması ilə gəlişməsi yönündə akademik fakültələr yaranmalıdır.

9.    İran adlanan ölkədə milli haqsızlığa uğrayan millətlərin insan haqları qoruyan qurumlar və siyasi örgütlərə çalışma olanağı yaranmalıdır.

10.  İran islam cumhurluğunun tutsaqlarında olan bütün milli, siyasi fəallar dərhal buraxılmalıdır.

 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı – GAMOH

Türkmən Xalqının Kültürəl-Siyasal Ocağı

Xorasan Türkləri Milli Oyanış Hərəkatı

22.09.2007

.



Kaynak : GAMOH




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007