Güney Azərbaycanın ayrı-ayrı universitetlərində, həmçinin digər şəhərlərdəki ali təhsil müəssisələrində oxuyan azərbaycanlı gənclərə təhsil haqqında şəhadətnamənin verilməsi müxtəlif bəhanələrlə yubadılır. Güneydəki mənbələrin məlumatına görə, şəhadətnamələrin verilməsinə səbəb kimi həmin tələbələrin təhsil müddətində bir sıra qanunsuz aksiyalarda iştirak etməsi göstərilir.
Qərarın universitetlərdə fəaliyyət göstərən İnzibati Komitələrinin rəyinə əsasən çıxarıldığı bildirilir. “Olaylar” xəbər verir ki, təkcə Təbriz Universitetinin 4 tələbəsi - Nadir Məhd Qarabağ, Nahd Babazadə, Səməd Paşayi və Əmin Əmaniyə qarşı belə cəza tədbirləri seçilib.
Cavid TURAN
