Səxavət İzzəti Zəlimxan Yaqubun şeirlərini əski əlifbaya çevirmişdi
Güney Azərbaycan Milli Hərəkatın fəallarına qarşı təzyiqlər davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul olan ziyalılar təqiblərə məruz qalır. Belə ki, Azərbaycan şairi Zəlimxan Yaqubun şeirlərini əski əlifbaya çevirmiş tanınmış şair Səxavət İzzəti həbs edilib.