Güney Azərbaycanda milli hərəkatın fəallarına qarşı təzyiqlər davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən verilən məlumata görə, Azərbaycan ədəbiyyatının təbliği ilə məşğul olan ziyalılar da təqiblərə məruz qalır. Belə ki, Güney Azərbaycanın tanınmış şairlərindən biri Səxavət İzzəti də bugünlərdə həbs edilib. Ona qarşı hansı ittihamların irəli sürüldüyü və harada saxlandığı məlum deyil. “Olaylar”ın məlumatında bildirilir ki, S.İzzəti Zəlimxan Yaqubun şeirlərini əski əlifbaya çevirərək Güneydə nəşr etdirib.
Bu arada milli hərəkat fəallarının müəmmalı qətlləri də davam edir. Təbrizli hərəkatçı Qadir Sadiqi avtoqəzaya salınaraq öldürülüb. Məlumata görə, onu intizam qüvvələrinə məxsus “Samand” markalı maşınla vurub öldürüblər. Milli qüvvələr bunu rejimin törətdiyi siyasi qətl hesab edirlər.
Cavid TURAN
