13 TİR 3 İYUL MİLLİ BAYRAQ GÜNÜ İLƏ BAĞLI GÜNÜY AZƏRBAYCAN MİLLİ OYANIŞ HƏRƏKATI`NIN BİLDİRİŞİ

7/4/2008


13 TİR 3 İYUL MİLLİ BAYRAQ GÜNÜ İLƏ BAĞLI GÜNÜY AZƏRBAYCAN MİLLİ OYANIŞ HƏRƏKATI`NIN BİLDİRİŞİ



13 TİR 3 İYUL MİLLİ BAYRAQ GÜNÜ İLƏ BAĞLI GÜNÜY AZƏRBAYCAN MİLLİ OYANIŞ HƏRƏKATI`NIN BİLDİRİŞİ

           Bayraq hər bir hərəkatın kimliyi olaraq, onun məfkürəsini və mubarizə nədənlərini özündə daşıyıb, təbliq edir.
Bayraq hər bir hərəkatı, ol hərəkata xas olmayan idololojulardan qorumaqda böyük önəm daşıyır. Elə buna görədə, əyər 20. Yüz illikdə Güney Azərbaycan`da baş qaldıran qiyamlarda bayrağın olmamasını bu gün, sözü gedən inqılabların çatışmayan cəhti saysaq yanılmamışıq. Niyə ki, bayrağın olmaması ucbatından bu inqılablar özlərini yabancı idolojuların ittihamından qoruya bilmədilər. Bununlada: Məşrutə inqılabı İranın azadlığı uğrunda bir inqılab sayılaraq, onun başçısı Səttarxan Azərbaycanın yox, İranın milli sərdarı kimi tanındı.
Xıyabanı hərəkatı öz milli idolojusunu Güney Azərbaycan millətinə aşılayabilmədi.
1324 – 1325(1945-1946)`cı illərdə Güney Azərbaycan`da qurulmuş milli hükümət, komonizmə bağlılıq ittihami ilə üzləşdı və bugündə fars şovonistləri tərənindən bu damğalar Azərbaycan demokrat firqəsinə və onun başçılarına vurulmaqdadır.
1357. il Şəriətmədari hərəkatı Güney Azərbaycan millətinə özünü tanıtdıra bilmədən öz nütfəsində boğuldu.
Bütün bunların sonucu olaraq, 21. Yüz illiyi Güney Azərbaycan Milləti bütün ictimai huquqlarından məhrum bir durumda qarşıladı.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı isə bütün bu çatışmamazlıqları duyaraq, özünün parlaq mubarizə tarixində ilk olaraq, 1382(2003)`cı ildə öz milli məfkürəsini bir bayraqda bayraq edərək, Güney Azərbaycan milli hərəkatına sundu.
Güney Azərbaycan milli hərəkatı isə “GAMOH”un sunduğu bayrağı 1382(2003)`cı il möhtəşəm Bəzz qalası qurultayında Milli Bayraq olaraq təsdiqləyib, Güney Azərbaycanın mubarizə tarixində bir himasə kimi hək etdi. Beləliklə:
13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Milli Oyanış Hərəkatı`nın ğurur günüdür.
13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Milli Hərəkatı`nın güvənc günüdür.
13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Millətinin öz Milli Bayrağı altında yaşatmağa şərəfləndirən gündür.
Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq, 13 Tir (3 İyul) Milli Bayraq Günü, Güney Azərbaycan Türk millətinə təbrik deyib, inanırıq ki:
Güney Azərbaycanın milli bayrağı Güney Azərbaycan Türk millətinin 21. Yüz illikdə əbədi qazancıdır və Güney Azərbaycan milli hərəkatı, Güney Azərbaycanın bayrağı altında apardığı muqəddəs mubarizədə daha keçmişdəki inqılablar kimi aldanmayacaq, yıxılmayacaq.
Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq, inanırıq ki: Güney Azərbaycan milli bayrağı, Güney Azərbaycan Türk millətinin azadlığa qavuşduran, fars şovonizminin isə cəhənnəmə yönəldən körpüsü olacaq.
 
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
Mərkəzi Komitəsi

Təbriz 1387 (2008)



.



Kaynak :




Bu Habere Yapılan Yorumlar (0)

Tüm Yorumlar












Powered By Gamoh.info 2007